Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İrqçi fars-molla rejimi azərbaycanlı fəalların toyuna mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəalların toyuna mane olub.

Rejimin ETTELAAT İdarəsi Təbrizdə tanınmış azərbaycanlı milli fəallar Ulduz Qasimi və Əmir Səttarinin bu gün keçirilməsi nəzərdə tutulan toy mərasimlərinin keçirilməsinə icazə verməyib.

Bu haqda Əmir Səttari özünün İnstagram səhifəsində məlumat paylaşıb.

Məlumata görə, toy mərasiminin keçirilməsi üçün nəzərdə tutulan salon məmurlar tərəfindən möhürlənərək bağlanıb.

Qeyd edək ki, gənclərin toy dəvətnamələri Azərbaycan dilində, latın və ərəb əlifbalarında yazılıb.

Azərbaycanlı fəallar Ulduz Qasimi və Əmir Səttari bundan əvvəl dinc və mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalıblar.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …