Molla rejimi İlham Cavanşiri çağıraraq bir neçə saat sorğu-suala tutub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdəki ETTELAAT qüvvələri həbs etdikləri azərbaycanlı siyasi məhbus Əli Babainin həyat yoldaşı İlham Cavanşir bir neçə saatlıq sorğu-sualdan sonra dünən axşam saatlarında sərbəst buraxıblar.

Təbrizdə rejimin ETTELAAT İdarəsinin əməkdaşları onun telefon nömrəsini qeyd etdikdən sonra bildiriblər ki, o, artıq həyat yoldaşının və digər azərbaycanlı siyasi məhbusların statusu barədə virtual şəbəkələrdə məlumat verməməlidir.

Qeyd edək ki, İlham Cavanşirin həyat yoldaşı Əli Babai iki aya yaxındır molla rejimin ETTELAAT İdarəsi tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …