The National Interest: “Fransa Livan vasitəsilə Hizbullaha, Ermənistan üzərindən isə İrana silah verir”

GADTB: Noyabrın əvvəlində Fransa mediası Parisin Livan Silahlı Qüvvələrinə qarşıdakı zirehli transportyorların çatdırılması barədə məlumat yayıb. Fransa hakimiyyətinin məlumatına görə, tədarükün məqsədi Qəzza zolağı ətrafında gərginliyin artması fonunda Livan ordusunu gücləndirməkdir. The National Interest nəşri bu haqda yazır:

“Livana tədarük edilən hər hansı hərbi texnikanın Hizbullah-ın əlinə keçməsi” riski yüksəkdir.

İyulda İsrailin “ALMA” analitik mərkəzi ABŞ, İngiltərə, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silahların Hizbullah-ın əlinə keçdiyini bildirmişdi. Başqa sözlə, Livan ordusuna silah tədarükü terrorçulara dolayı yolla silah təchizatı kimi dəyərləndirilməlidir”.

Qeyd olunur ki, bu, Fransanın Tehranın yaxın müttəfiqləri ilə “şübhəli” sövdələşmələrdə iştirak etdiyi ilk hal deyil. Müəlliflər Fransanın Ermənistana silah tədarükünü misal çəkərək qeyd edirlər ki, “İrəvanın hər iki ölkə ilə sıx əlaqələri nəzərə alınarsa, bu silahlar İran və ya Rusiyanın əlinə düşə bilər”./ Azad İran

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …