Cümə axşamı , İyun 18 2026
azfa

Azərbaycan Milli Hərəkatı fəalları Murtəza Nurməhəmmədi Nadarlı ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dekabrın 8-də rejimin Təbrizdəki Həbsxanasından yenicə azad edilmiş milli fəal Murtəza Nurməhəmmədi Nadarlının evinə gedərək, onunla görüşüblər.

Bu görüşdə Azərbaycanın keçmiş siyasi məhbusları, o cümlədən Tohid Əmirəmini və Yusif Kari də iştirak edirdi.

Qeyd edək ki, azərbaycanlı fəal  Mürtəza Nurməhəmmədi Nadarlının həbsindən sonra rejimin məmurları onunla birlikdə həmin şəxsi evinə gediblər və evdə axtarış aparıldıqdan sonra cənab Nurməhəmmədinin şəxsi əşyaları, o cümlədən kitablarını götürüblər.

Cənab Nurməhəmmədi bundan əvvəl oğluna “Hunay” adının türk olduğu üçün İranın  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsindən doğum haqqında şəhadətnamə ala bilmədiyi haqda məlumat yaymışdı.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …