Cümə , Yanvar 3 2025
azfa

Ermənistan uydurma soyqırımla bağlı Türkiyənin tələbini yerinə yetirir

GADTB: Münasibətlərin normallaşması ilə bağlı Türkiyənin Ermənistana əsas tələblərindən biri “erməni soyqırımı”nın təbliğini dayandırmaqdır.

Bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, Ankara ilə danışıqlar başlayandan Ermənistan hökuməti Türkiyənin şərtlərinə uyğun olaraq, “soyqırımı”nı gizli anmağa başlayıb:

“Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin bir xəbəri ictimaiyyətin diqqətindən kənarda qaldı. Ötən həftə 2015-ci il dekabrın 9-da Ermənistanın tövsiyəsi ilə BMT tərəfindən qəbul edilmiş “qurbanların anma günü” xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və baş katib Boris Saakyan “Tsitsernakaberd”də olub və “soyqırımı qurbanları”nın xatirəsini yad ediblər.

“Tsitsernakaberd”in adını niyə çəkirəm? Çünki Ermənistan XİN-in press-relizində onların hara getdikləri qeyd olunmur, üstəgəl, orada “erməni soyqırımı” və Osmanlı ifadələri yoxdur”.

Manukyan qeyd edib ki, ötən il Ermənistanda soyqırımı ilə bağlı keçirilən beynəlxalq forumda da Ermənistan rəhbərliyi “erməni soyqırımı”nın müzakirəsindən yan keçib.

Deputat hesab edir ki, İrəvan Ankaranı qəzəbləndirməmək üçün susur.

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Kılıç və Rubinyan danışıqlara başlayanda heç bir ilkin şərt olmadığını bildirdilər. O zaman biz etiraz etdik ki, bəli, yazılı ilkin şərtlər yoxdur, amma Ermənistan hakimiyyəti güzəştə gedir. Ovannisyan və Saakyanın “gizli anma mərasimi” buna sübutdur”, – Manukyan əlavə edib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …