Molla rejimin həbs etdiyi azərbaycanlı fəal 14 gündür aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal 14 gündür aclıq aksiyası keçirir.

Azərbaycanlı fəal Cavad Sudbərin Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasınsa 14 günüdür aclıq aksiyası keçirdiyi bildirilir.

Həmin müddətdə onun ailəsinə vəziyyəti barədə məlumat verilmədən, eyni zamanda onun ailəsi ilə əlaqə saxlamağına da icazə verilməyib.

Cavad Sudbər 14 gün öncə ailəsi ilə bir neçə saniyəlik telefon danışığında aclıq aksiyasına başlayacağını bildirib.

Azərbaycanlı fəalın qızı Tarla dekabrın 22-si əlində #Cavad-Sudbər (جواد-سودبر#) haştağını tutaraq, paylaşdığı videoda Azərbaycan xalqından atasının sərbəst buraxılması üçün səsinə səs verməsini  xahiş edib.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı fəallar Əli Babayi və Cavad Sudbəri 100 gündən çox, Yürüş Mehrəlibəyilini isə 50 günə yaxındır həbs edib. Onlar hələ də qeyri-müəyyən vəziyyətdə Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlanılırlar.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …