Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi tanınmış fəalın oğlu Azərbaycan millətinə müaraciət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal Yürüş Mehrəlibəylinin oğlu Tatar atası və sair azərbaycanlı fəalların İran hakimiyyətinin həbsxanalarından sərbəst buraxılmaları üçün Azərbaycan millətinə müraciət edərək yardım istəyib.

Tatar Mehrəlibəyli həbsdə olan atası və digər Güney Azərbaycan fəallarının həbsdə vəziyyətləri barədə məlumatın dünyanın insan haqları qrumlarına çatdırılması üçün hər kəsdən kömək etməyi istəyib.

Tatar paylaşdığı videoda körpə yaşda ikən atasının mənzildə döyülərək həbs edilməsi barədə danışaraq deyib: “Mən Yürüş Mehrəlibəylinin oğlu Tatar Mehrəlibəyliyəm. Bir dəfə 2 yaşım olanda təhlükəsizlik məmurları gözümün qarşısında atamı döyüb, söyərək  apardılar. 1 ay həbsdə saxlayandan sonra anamı da tutdular. 5 ayadək valideynlərimi görə bilmədim. O vaxt atama 9 ilədək həbs verildi. Artıq mən 17 yaşındayam, bacım Turan isə 5 yaşındadır”.

Tatar Mehrəlibəyli həmçinin deyib: “İndi də atam ETTELAAT İdarəsində həbsdə saxlanılır. 45 gündən artıqdır ki, atam barədə məlumat yoxdur. Həmçinin digər azərbaycanlı fəallar Əli Babayi, Milad Cəlili, Salar Tahir Əfşar və 13 gündən artıqdır aclıq aksiyasına başlamış Cavad Sudbər xeyli vaxtdır həbs olunublar. Dövlətin aidiyyəti orqanlarının heç biri atam və digər milli fəallar barədə düzgün məlumat vermir. Onlar bizim haray səsimizi kiminsə eşitməsini istəmir. Siz bizim səsimizə səs olun”.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …