Molla rejim Yürüş Mehrəlibəylinin həbs müddətini uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Culfa bölgəsindən olan azərbaycanlı milli fəal Yürüş Mehrəlibəylinin həbs müddətini uzadıb.

Azərbaycanlı fəalın yaxınlarının məlumatına görə, 47 gün təcridxanada saxlanılan fəalın ittihamı barədə məlumat verlilmir.

Bununla yanaşı, onun ailəsi ilə görüşünə və telefon əlaqəsinə qadağa qoyulub. Üstəlik onun müvəqqəti həbs müddəti də uzadılıb.

Qeyd edək ki, rejimin ETTELAAT məmurları Yürüş Mehrəlibəylini noyabrın 7-i axşam saatlarında həbs ediblər. Azərbaycanlı fəal hazırda Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır. Azərbaycanlı milli fəal bundan əvvəl də dinc milli fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …