Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı fəal Məhəmməd Məliki həbs cəzasının icrası üçün çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində yaşayan azərbaycanlı fəal və etirazçı Məhəmməd Məliki həbs cəzasının icrası üçün yanvarın 6-da Zənganda molla rejimin İnqilab Məhkəməsinin birinci şöbəsinin prokuroru tərəfindən çağırılıb.

O, sentyabrın 18-də “Qadın, Həyat, Azadlıq” adlı xalq etirazlarının ildönümü ilə eyni vaxtda Sepah-ın kəşfiyyat qüvvələri tərəfindən həbs edilmişdi.

Zəncandan olan azərbaycanlı fəal “hökumətə qarşı təbliat”, “milli təhlükəsizliyə zərbə vurmaq üçün əlbir olmaq və toplaşmaq” və “daxili təhlükəsizliyi pozmaq niyyəti ilə Zəncan məhəllələrinin gənclər kanalını yaratmaq və idarə etmək”də günahlandırılaraq 10 il 3 ay həbs cəzasına məhkum edilib.

Qərara əsasən o, nəzərdə tutulan cəzanın 5 il 3 ayını çəkəcək və qalan 5 il həbs cəzası ilə təxirə salınacaq.

Qeyd olunub ki, Azərbaycanlı fəal SEPAH-ın təcridxanasında 15 gün təkadamlıq kamerada qaldıqdan sonra zindana salınıb. Məhəmməd Məleki oktaybrın 18-də 600 milyon tümən girov qarşılığında istintaq başa çatana qədər zaminə buraxılıb. Daha sonra Zəngan əyalətinin Apellyasiya Məhkəməsi tərəfindən ümumilikdə 10 il 3 ay 1 gün müddətinə həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …