Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi azərbaycanlı müəllim Cəfər İbrahimini yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi azərbaycanlı müəllim və Tehran Müəllimlər Birliyinin üzvü Cəfər İbrahimi məzuniyyətdən sonra yenidən Kərəcin Qızılhisar zindana qaytarılıb.

Azərbaycanlı müəllim oktyabrın 31-də məhkəmə-tibb ekspertizasının diaqnozu ilə tibbi müayinə və müalicə üçün məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilmişdi.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …