Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin ETTELAAT orqanı azərbaycanlı fəalı işindən çıxartdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Marağa şəhərindən olan azərbaycanlı ekofəal və idmançı Mustafa Quluzadə molla rejimin ETTELAAT İdarəsinin basqıları ilə qarşılaşıb.

Artıq  rejimin təzyiqləri istiqamətdə Marağa şəhər icra hakimiyyətinin tapşırığı ilə işindən də çıxarılacağı bildirilir.

Məlumata görə, buna səbəb milli fəalın sentyabr ayında “İnstagram” hesabında Urmiya gölünün son vəziyyətinə diqqət çəkməsi üçün etdiyi canlı yayım olub.

Azərbaycanlı fəal canlı yayım zamanı “hər kəs tərəfindən əməli addımların atılması vacibdir” sözlərini işlətməsinə görə təhülkəsizlik qüvvələri tərəfindən polis idarəsinə çağırılaraq təhdid edilib.

Həmçinin hökumət tərəfindən ona və ailəsinə ayrılan müavinət dekabr ayının sonlarında kəsilib. Buna görə də, iki azyaşlı övladı olan ailə çətin vəziyyətdə qalıb.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …