Bazar , Sentyabr 20 2026
azfa

İran prezidenti Rəisi Zənganda aksiya ilə qarşılaşdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Milli Mənzil Poroqramı” üzrə mənzillərin verilməsi yubadılan Güney Azərbaycanın Zəngan şəhər sakinləri İbrahim Rəisinin şəhərə səfəri zamanı onu etiraz aksiyası ilə qarşılayıblar.

Aksiya iştirakçıları tələblərinə dair əllərində etiraz bannerləri tutaraq Rəisinin şəhərə daxil olacağı yolda toplaşıblar.

Etirazçıların sözlərinə görə, dövlətin mənzil proqramına əsasən, onlara iki il ərzində mənzil verilməli imiş. Amma iki ildən çox vaxt keçsə də, hələ də mənzillər təhvil verilməyib. Bununla yanaşı, mənzillər üçün götürdükləri kredit faizləri də artırılıb.

Bannerlərdə İranın hökumət başçısına xitabən bu fikirlər əks olunub: “Sonuncu mənzil sahibi olmaq ümidimizi boşa çıxarmayın”, “mənzil üçün 17000 müraciətçinin harayına yetişin!”, “Biz cəmiyyətin zəngin ailələri deyilik!”.

Habelə Rəisi hökumətinin “ucuz mənzillər veriləcəyi” vədlərinin boş olduğuna da toxunulub: “Bizə ucuz ev söz verdiniz, əlimizdə olan bütün pullar getdi, lakin hələ də mənzillər verilməyib”.

Aksiyaçılar Rəisini xalqı başa düşməyə çağırıb, yüksək faizlər səbəbindən artıq Milli Mənzil Proqramı fonduna ödəməyə pullarnın qalmadğını bildiriblər.

Etirazçılar həm də “mənzil üçün götürdükləri kreditlərin faizinin 18-dən 4 faizə endirilməsinə göstəriş verilməsini” tələb ediblər. Aksiyaya başqa tələbləri olan etirazçılar da qoşulublar./ Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …