Şənbə , Sentyabr 19 2026
azfa

Ərdəbildə rejimin həbs etdiyi azərbaycanlı jurnalist zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərin molla rejimin həbs etdiyi azərbaycanlı jurnalist girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı jurnalist və sosial media fəalı Sina Bəndəlizadə  girov müqabilində azad edilib. Hələlik ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur.

Jurnalist yanvarın 15-də tutulmuşdu.

Qeyd eək ki, Sina Bəndəlizadə bundan əvvəl Ərdəbildəki problemləri işqılandırdığı və məsulların fəaliyyətsizliyini tənqid edən yazılarla çıxış edib.

Azərbaycanlı jurnalist əvvəllər Germi və Biləsuvarda meydana gələn sel, Xoyda baş verən zəlzələ və təbii fəlakətdən əziyyət çəkən azərbaycanlıların acınacaqlı durumu ilə bağlı sosial media kanallarında pylaşımları ilə məşhurlaşıb.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …