Çərşənbə , Noyabr 18 2026
azfa

Türk Dövlətləri Rəqabət Şurası yaradıldı

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.

Bu barədə üzv dövlətlərin nümayəndələrinin Türkiyədə keçirilən toplantısında qərar qəbul edilib.

Quruma ilk 3 ildə Türkiyə sədrlik edəcək.

Bildirilib ki, Şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır.

Rəqabət Şurasının növbəti iclasının Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçiriləcəyi planlaşdırılır.

Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …