Çərşənbə axşamı , May 5 2026
azfa

Türkiyənin TDT ölkələrinə 2023-ci ildə ixracatı

GADTB: Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana ixracatı ötən il 2022-ci ilə nisbətən 14,2 faiz artaraq 6 milyard 831 milyon dollara çatıb.

Son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsində böyük artım var.

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, Türkiyənin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ibarət TDT ölkələrinə ixracı ötən il 2022-ci ilə nisbətən 14,2 faiz artaraq 6,8 milyard dollara olub.

Sözügedən dövrdə ən çox ixrac edilən ölkə 2,4 milyard dollarla Azərbaycan sayılır. Ondan sonra 1,7 milyard dollarla Qazaxıstan, 1,6 milyard dollarla Özbəkistan, 1 milyard dollarla Qırğızıstan gəlir.

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə ən çox ixracı kimyəvi maddələr və məhsullar sektoru edib. 2023-cü ildə bu sektorların 4 ölkəyə ixracatı 1 milyard 173 milyon dollar olub. Ən çox ixrac 4 milyard dollarla İstanbuldan edilib. Meqakentin üzərinə TDT ölkələrinə ixracın 58,5 faizi düşür.

Həmçinin yoxlayın

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …

Tramp: “İran rəsmiləri qapalı qapılar arxasında başqa cür davranırlar”

GADTB: ABŞ prezidenti Donald Tramp tanınmış siyasi şərhçi Hyu Hevitə müsahibəsində bildirib ki, İran nümayəndələri …