Çərşənbə axşamı , May 7 2024
azfa

İran adlanan ölkə nüvə sazişi hesabına müdafiə büdcəsini artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla bağlanmış nüvə sazişi Tehrana müdafiə büdcəsini 40 faiz artırmağa imkan yaradıb. Bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabında yazıb.   

Donald Tramp deyib: “Obama nüvə sazişi üzrə sövdələşməyə nail olduqdan sonra İranın müdafiə büdcəsi 40 faizdən çox artıb… Bu sadəcə həmin razılaşmanın böyük bir yalan olmasının növbəti təsdiqidir. Lakin indi belə deyil!”.

Bundan əvvəl Tramp İranla yeni “daha yaxşı sövdələşmə”yə nail olmaq arzusunda olduğunu bildirib.

O həmçinin ABŞ-ın İrana nüvə silahına malik olmağa yol verməyəcəyini bildirib.

Həmçinin yoxlayın

İranın Ermənistana Azərbaycana qarşı dron əleyhinə silah hədiyyə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son bir ay ərzində İrandan Ermənistana silah göndərilərkən …

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Bir cavab yazın