Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Mərənd millət vəkilindən antitürk Yunisiyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həsən Ruhaninin antürk müşaviri Əli Yunisinin Azərbaycan türklərinə qarşı çıxışına etirazlar davam edir. Culfa və Mərənd millət vəkili Məhəmməd Həsənnəjad da Yunisinin irqçi yanaşmasına etiraz edərk deyib: indi 2018 ildi və qloballaşma şəraitində bir xalqın öz dilində yazib oxumağının ənhəllənməsi çox gülüncdür.

O ana dilinin tədrisinin zərurətinə toxunaraq deyib ki, İran bir cuğrafi addır nə bir xalq adı və burada yaşayan bütün xalqlara aiddir. Həsənnəjad Azərbaycan türklərinin son 300 ildə gəlmə olduğu iddiasına da öz etirazını bildirdi.

Həsənnəjad həmçinin Yunisinin tutduğu vəzifəni və geyindiyi geyimi belə türklərə borclu olduğunu xatırlatdı.

 

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın