Cümə , Sentyabr 25 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi dünən azərbaycanlı milli fəal Səid Dustan elektron bildiriş vasitəsilə Ərdəbildə rejimin şəhər Baş və İnqilab Prokurorluğuna çağırıb.

Rejimin prokurorluğunda ona “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı elan edilib.

Daha sonra isə azərbaycanlı milli fəal həmin ittihamla həbs edilərək Tehranın Evin zindanına aparılıb.

Qeyd edək ki, molla rejimi son günlərdə çox sayda azərbaycanlı milli fəalı yaxalayaraq onları şərləyib və həbs edib.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …