Çərşənbə , Sentyabr 23 2026
azfa

Ərdəbildə Beynəlxalq Ana Dili Günü ilə bağlı aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində azərbaycanlı milli-mədəni fəallar Ərdəbil şəhərində mədəni aksiya keçirib və uşaqlara Azərbaycan dilində kitablar paylayıblar.

“Kimlik qalamız, ana dilimiz” şüarı altında keçirilən mədəni aksiya ilə azərbaycanlı fəallar rejimə irqçi siyasətinə görə öz etiraqzlarını bildiriblər.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …