Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Binabda futzal tamaşaçıları; Urmiya Azərbaycanın ürəyidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ümid Azərbaycan Benab futzal komandasının tamaşaçıları dünən Şərqi Azərbaycan əyalətinin gəncləri arasında futzal yarışının final mərhələsində Təxti Benabda keçirilən Mehr Əzəm Təbriz komandası ilə yarış zamanı Urmiyada molla rejimin kürd terrorçuları ilə seçki oyununa etiraz ediblər.

Ümid Azərbaycan Futzal komandasının tamaşaçıları idman mərkəzində “Urmiya Azərbaycanın ürəyidir” yazılmış banner nümayiş etdirməklə molla rejimin və kürd terrorçuların fitnəkarlığına etirazlarını bildiriblər.

Bundan öncə “Urmiya 90” komandasının oyunçuları və tamaşaçıları da “Urmiya Azərbaycanın ürəyidir” yazılmış banneri nümayiş etdirmişdilər.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …