Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi Urmiya və Araz çayları üçün kampaniya başladan azərbaycanlı fəala ağır cəza verməyi planlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, rejimin Təbrizdəki prokuroru Məhbub Əlilu 4 səhifədən ibarət ittiham aktı göndərməklə Apellyasiya Məhkəməsinin ikinci şöbəsindən azərbaycanlı idmançı və milli fəal Kərim İsmayılzadəyə ağır cəza verilməsini istəyib.

Azərbaycanlı fəal Kərim İsmayılzadə “Urmu_Araz üçün_Birlik” kampaniyasına başlayaraq, Urmiya gölünün acınacaqlı vəziyyəti və Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı sosial mediada paylaşımlar edib.

Qeyd edək ki, azərbaycanlı idmançı və fəal bu fəaliyyətinə görə 6 ay həbs cəzasına məhkum edilib, bununla yanaşı, Təbriz prokuroru ona daha ağır cəza verilməsini istəyir.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …