Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Yaponiya Urmiya gölünü bərpa etməyə hazır olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Yaponiyanın İrandakı səfiri Tesukada Tamaki deyib ki, Yaponiya Urmiya gölünü bərpa etməyə hazırdır.

O bildirib ki, artıq ekologiya və su məsələsi bir ölkənin daxili problemi deyil və buna görə Yaponiya Urmiya gölü və Ənzəli bataqlığını bərpa etməyə hazırdır.

Tesukada Tamaki bunu İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Əli Səlaciqə ilə müzakirə etdiyini bildirib.

Yaponiya hökuməti bir neçə il əvvəl də Urmiya gölünün bərpasını öz üzərinə götürməyi təklif edib, ancaq İran tərəfi buna müsbət cavab verməyib.

Bununla yanaşı Tokionun gölün bərpası layihəsi üçün maliyyə yardımı təyinatı üzrə xərclənməyib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …