Cümə axşamı , May 9 2024
azfa

İran Nizami Gəncəvini oğurlamaq üçün də Ermənistanda əməkdaşlıq edir

GADTB: İranın Ermənistandakı Səfirliyinin “Teleqram” kanalı xəbər verir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş elmi konfrans təşkil edilib.

Məlumata görə, konfransda İranın Ermənistandakı səfiri Mehdi Sübhani və Sloveniya Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq və fars dili sahəsində bir qrup professoru və tələbəsi iştirak edib.

İran diplomatı iddia edib ki, Sovet İttifaqının millət quruculuğu və kimlik quruculuğu üçün apardığı siyasi kampaniyada Nizamini qeyri-iranlı şair kimi tanıtmaq və onun əsərlərini təhrif etmək cəhdlərinin əksinə olaraq, Nizami Gəncəvi bütün şeirlərini fars dilində yazan “iranlı şair” və müsəlman idi.

Sözügedən universitetin rektoru Qarnik Asatryan riyakarlıqla Azərbaycan şairinin şeirlərinə istinad edərək bildirib ki, Nizami Gəncəvi “fars köklərinə” malikdir və onun türk dilində danışması yalandır.

Qeyd edək ki, İran və Ermənistan daim öz yalan iddialarını əsaslandırmağa çalışıb. Belə ki, Nizami Gəncəvinin yaşadığı dövrün təsiri nəticəsində fars dilində yazması onun türk olmaması demək deyil. Nizami Gəncəvi “Leyli və Məcnun” əsərini türk dilində yazmaq istəyib, ancaq fars dilində yazmasını əmr edən Axsitanın hərəkətinə öz qəzəbini belə göstərirdi: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlüm vardır xəzinə açam”. Bundan əlavə, dahi Azərbaycan şairi heç bir əsərində, heç bir yerdə fars sözünə məna vermir, sözün semantik mənasına tamamilə laqeyd münasibət göstərir. Buna səbəb, fars kimi “fars” sözünün də semantik yükü şair üçün əhəmiyyətli deyil. Halbuki əsərlərində dəfələrlə “türk” sözünü işlədir. Xosrov və Şirin” əsərinə nəzər salsaq, bu misraları görərik: “O türküm getdisə bir gün çadırdan, saxla türkzadəni, sən ey Yaradan”./ Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və …

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …