Cümə , İyul 10 2026
azfa

Molla rejimin Güney Azərbaycanın Həmədan bölgəsində çox sayda iş yerini bağlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində çox sayda iş yerini bağlayıb. Həmədan əyalətinin Sahibkarlar Palatasının sədri Məhəmməd Ərğəvan sözügedən əyalətdə 35 sahibkarlıq subyektinin, o cümlədən restoran, kafe və mağazaların fəaliyyətinin dayandırıldığını deyib.

Məlumata görə, palata sədri onlarla iş yerinin Ramazan ayına hörmətsizlik edilməsi səbəbindən bağlandığını bildirib.

“Ramazan ayı və Novruz bayramı günlərində istənilən restoran icazə aldıqdan sonra fəaliyyət göstərə bilər. Qanun pozuntularının qarşısının alınması üçün davamlı olaraq yoxlamalar aparılacaq”, – deyə o, əlavə edib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …