Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi Evin zindanında azərbaycanlı fəala ağır işgəncə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəalı Araz Amanı Evin həbsxanasının ümumi bölməsinə köçürülüb.

Azərbaycanlı fəal bu barədə ailəsi ilə qısa telefon əlaqəsi zamanı məlumat verib.

Törətmədiyi cinayətləri etiraf etməyə məcbur etmək üçün siyasi məhbusu karserdə saxlanılıb və ağır işgəncələrə məruz qalıb. Ailə üzvləri həddindən artıq arıqlamaqla yanaşı, iki dişinin itirilməsindən də narahat olduqlarını bildiriblər.

Prokuror Araz Amanın zaminə buraxılması üçün 100 milyon tümən girov təklif etsə də, hakim fəalın həbs müddətini daha bir ay uzadıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …