Şənbə , İyun 13 2026
azfa

Qadın siyasi məhbuslar azərbaycanlı qızın molla rejimin təzyiqi ilə ölümü barədə bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qadın siyasi məhbuslar azərbaycanlı qızın molla rejimin təzyiqi ilə ölümü barədə bəyanat yaydı: “Sara Təbrizinin ölümünə görə hakimiyyət məsuliyyət daşıyır”.

Tehrandakı Evin həbsxanasında cəza çəkən 8 qadın siyasi məhbus 20 yaşlı azərbaycanlı Sara Təbrizinin ölümündə İran hökumətinin məsuliyyət daşıdığını bildirib.

Məlumata görə, 2023-cü il Nobel Sülh Mükafatının qalibi olan Nərgiz Məhəmmədi də daxil olmaqla 7 qadın məhbus bu haqda bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Sara Təbrizi ötən ilin noyabr ayında İngiltərəyə səfər etmək istəyərkən həbs edilib və təhlükəsizlik qüvvələri tərəfindən təcridxanada işgəncələrə məruz qalıb. Ölümündən bir gün öncə martın 24-də isə ETTELAAT Nazirliyinə çağırılıb.

Həmçinin yoxlayın

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Pakistanın Baş naziri: İran və ABŞ arasında anlaşma memorandumu yaxın 24 saat ərzində imzalanacaq

GADTB: Pakistanın Baş naziri Şahbaz Şərif şənbə günü bildirib ki, Tehran və Vaşinqton anlaşma memorandumunun …