Şənbə , Sentyabr 19 2026
azfa

Traxturun yarışı üçün gələn Urmiyalı gənclərdən Təbrizdə milli şüarlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın futbol komandası “Traxtur”un yarışına Təbrizə gələn urmiyalı tərəfdarlar bu gün Təbrizin Səhənd stadionunda “Sepahan” komandası ilə keçiriləcək oyununda milli şüarlar səsləndiriblər.

Azərbaycanlı tərədfarlar yarışdan öncə stadiona daxil olarkən Qərbi Azərbaycan əyalətində baş verən son proseslərə və Güney Azərbaycan millətinin qırmızı xəttindən, tarixi Azərbaycan torpağından əl çəkməyəcəklərinə diqqət çəkiblər.

Səhənd Stadionunda urmiyalı tərəfdarlar aşağıdakı şüarları səsləndiriblər:  

“Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!”;

“Təbriz həmin Urmudur, hamı Traktorçudur!”;

“Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz!”.

https://t.me/GADTB1/34205

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …