Cümə axşamı , İyul 9 2026
azfa

Ermənistan ordusu Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

GADTB: Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa saat 17:25 radələrində Berd (Şəmşəddin) rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Həmçinin yoxlayın

Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

GADTB: Ağ Ev Hörmüz boğazı ətrafında İranla günlərlə, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurmaya …

Əsas müharibə meydanı Hörmüz boğazıdır; “Razılaşma əvvəlki gəmiçilik nizamını bərpa edə bilmədi”

GADTB: Tehran və Vaşinqtonun bir-birini son atəşkəsi pozmaqda ittiham etdiyi bir vaxtda, əsas qarşıdurmanın siyasi …