Bazar , Noyabr 15 2026
azfa

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən tamamilə yox olmaq təhlükəsi qarşısındadır.

Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin Mədəni İrs İdarəsinə edilən müraciətlər də cavabsız qalıb.

Qeyd edək ki, Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil əyalətinin Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir.

Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub, 33 hektar sahəni əhatə edir. Tədqiqatçılar Ultan qalasının parfiyalılar, bəziləri isə Sasanilər dövründə inşa edildiyini ehtimal edirlər.

Qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanıb, lakin sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilib.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …