Bazar , Sentyabr 20 2026
azfa

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və şair Cəmşid Əzizi Nənəkəran həbs edilərək Astara şəhərinin zindanına köçürülüb.

İnsan haqları fəallarının yaydığı məlumata görə, şair mayın 7-də həbs edilib.

Təhlükəsizlik məmurları Cəmşid Əzizi Nənəkəranı 16 aprel 2022-ci ildə həbs edib, 40 gün dindirdikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxmışdılar.

O, sonradan “hökumətə qarşı təbliğat” və “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq” ittihamlarına görə 4 il yarım həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …