Sidneydə GADTB-nin XƏD sədri sayın Mikayıl Oytanın da iştirak ilə Türliyədə 19 May İdman və Gənclik bayramı keçirildi-Şəkil

GADTB: Bu gün 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk Samsunda türk gəncliyi qarşısında çıxış edərək, Türkiyə ərazilərini işğal edənlərə qarşı səfərbərlik elan etməsi münasibətilə təntənəli mərasim keçirilib.

Keçirilən tədbirdə rəsmi dəvətlə Güney Azərbaycan Demokratik Türk Birliyinin Xarixi Əlaqələr Departamentinin və Avstraliya Azərbaycanlıları Assosasiyası Birliyinin sədri sayın Mikayıl Oyta da qatılıb. Tədbirdə Avstraliya ordusunun generalı və dövlət rəsmiləri də iştirak etmişdir.

Qeyd edək ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk Samsunda türk gəncliyi qarşısında çıxış edərək, Türkiyə ərazilərini işğal edənlərə qarşı səfərbərlik elan edib. Atatürkün bu çıxışı türk xalqının milli azadlıq savaşını başladıb.

Türkiyənin müstəqillik və inkişafının əsas hərəkətverici qüvvəsi olan gənclərin şərəfinə sonradan 19 May – İdman və Gənclik bayramı kimi qeyd edilməyə başlanıb.

Bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib. 1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşüb. 1938-ci ildə bayrama Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib. 1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.

 

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın