Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Türkiyə razı olsa da irqçi fars rejimi Vandan Urmiya gölünə su çəkmək istəmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə razılıq versə də irqçi fars rejimi Vandan Urmiya gölünə su çəkmək istəmir. Bu barədə irqçi fars rejimin Ətraf Mühiti Mühafizə Təşkilatının rəsmisi Məsud Təcrişi açıqlama verib.

Təcrişi deyib ki, Vandan Urmiya gölünə su çəkmək bizim üçün ancaq ideya səviyyəsində və bu iş üçün heç bir tədbir görülməyəcək.

O qeyd edib ki, daxildə də müəyyən su hövzələrindən Urmiya gölünə suyun çəkilməsi gündəmə gəlib, lakin heç biri həyata keçirilməyib. Biz ancaq Urmiya gölü ətrafında suya qənaətə razıyıq.

Təcrişi irqçi fars rejiminin Urmiya gölünü qurtarmağa razı olmadığını etiraf etdikdən sonra bildirib ki, İranın mərkəzinə Umman dənizindən suyun çəkilib şirinləşdirilməsi məsələsi araşdırılır və gündəmdədir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın