Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir.

Pəhləvi hakimiyyətinin Güney Türkmənistanın etnik tərkibini dəyişmə siyasəti bu gün də İran tərəfindən həyata keçirilir.

Pəhləvilər İranın cənub-şərqində Zabul bölgəsində yaşayan və özlərini “zabullu” adlandıran etnikləri quraqlıq bəhanəsi ilə Güney Türkmənistanın Türkmənistanla yerləşdirmişdir.

İran İslam Respublikası da sələflərinin siyasəti olaraq bu planı davam etdirir və şiələri bölgəyə gətirməklə sünni türkmənlərin tərkibini dəyişdirməyə cəhd edir.

Hazırda da molla rejimi şəhərciklərin salınması ilə rejimə bağlı zabulluları Türkmən Səhrada yerləşdirir.

Rejimin bu istiqamətdə siyasətinin davamında ölkənin rəsmi 3-cü televiziya kanalı da zabulluları yerli etnik qələmə verməyə çalışır.

Qeyd edək ki, molla rejimi bu yolla Türkmənləri assimilyasiyaya uğradıb bir millət kimi məhv etmək istəyir.

Video: https://t.me/GADTB1/34924

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …