Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran rəsmisi: “Arazın çirklənməsini aradan qaldırmağa çalışırıq”

GADTB: “Nasim Ardabil” saytı xəbər verir ki, İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe Araz çayının çirkləndirilməsi ilə bağlı qaldırılan məsələlər haqqında deyib: “Araz çayı məsələsi bir neçə ildir ki, müzakirə olunur və buna şəxsən mən cavabdeh idim”.

Onun sözlərinə görə, Araz çayı ilə bağlı Ermənistanda çox əlverişli görüş keçirildi və vəziyyət çox yaxşı idi, ancaq təəssüflər olsun ki, qarşı tərəf bəzi məsələlər qaldırıb və biz İran Xarici İşlər Nazirliyi vasitəsilə məsələni izləyirik və problemləri həll edəcəyik.

“Biz çay üzərində geniş monitorinq aparırıq və Arazın çirklənməsi ilə bağlı yayılan xəbərlər əsla doğru deyil. Təbii ki, çayda müəyyən çirklənmələr var, lakin deyildiyi qədər zərərli deyil”,- deyə İran rəsmisi iddia edib./ Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …