Azərbaycan səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görülür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə telefon danışığı aparıb.

Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran İslam Respublikasının prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmalarına görə dərindən kədərləndiyini qeyd edib, mərhumların ailələrinə, İran rəhbərliyinə başsağlığı diləklərini çatdırıb. 

Bir çox mövzulara toxunulan söhbətdə Azərbaycanın İrandakı Səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …