Şənbə , Sentyabr 19 2026
azfa

Təbriz Universitetindən xanım öyrənci Rəisiyə görə qovulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbriz Universitetinin xanım öyrəncisi Sədəf Heydərini heç bir məlumat verilmədən Universitetdən qovulub. Öyrəncinin təhsilinə də qadağa qoyulub.

Molla rejimin məmurları Sədəf Heydərinin Təbriz Universitetinin yataqxanasındakı otağına hücum edib, axtarış aparıb və ona məxsus bir sıra əşyaları müsadirə edib, öyrəncini isə oradan çıxarıblar.

Məmurlar və Universitet rəhbərliyi Sədəf Heydərinin Universitetdən və yataqxanadan qovulması səbəbləri ilə bağlı açıqlama verməyiblər.

Azərbaycanlı öyrəncinin yaxınları isə onun İbrahim Rəisinin ölümü ilə bağlı paylaşımlarına görə cəzalandırıldığını deyirlər. 

Qeyd edək ki, Sədəf Heydəri  bundan əvvəl 2022-ci ilin sentyabr etirazlarında da həbs edilib və təzyiqlərə məruz qalmışdı.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …