Molla rejimi İbrahim Rəisiyə görə paylaşımla bağlı azərbaycanlı sosial media fəalını həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Xiyav (Meşkinşəhr) şəhərində sosial media fəalını həbs edilib.

Bu barədə şəhər prokuroru Babək Nonəhal açıqlama verib.

O, açıqlamasında saxlanılan şəxsin “İran İslam Respublikasının əsaslarını və siyasi xadimlərini təhqir edən material dərc etmək”də günahlandırıldığını deyib. Nonəhal tutulan şəxsin kimliyi və haraya aparıldığı barədə məlumat verməyib.

Həbs edilən azərbaycanlının helikopter qəzası və İbrahim Rəisinin həlak olması ilə bağlı paylaşım etdiyinə görə cəzalandırıldığı bildirilir.

Qeyd edək ki, İbrahim Rəisinin helikopter qəzasından sonra çox sayda sosial media fəalı həbs edilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …