Şənbə , Sentyabr 19 2026
azfa

Həbsdə olan azərbaycanlı din xadimi hökumət mediasına açıq məktub ünvanlayıb

GADTB: İran hökumətinin 4 aya yaxındır ki, Evin zindanında saxladığı güneyli milli fəal və məşhur din xadimi Əbdüləziz Əzimi Qədim açıq məktub yayaraq farsdilli hökumət mediasına etiraz edib.

Məktubda o, güneyli fəallarla bağlı paylaşılan xəbərlərə farsdilli medianın qarşı çıxdığını bildirib.

Qeyd edək ki, milli fəallardan Əbdüləziz Əzimi Qədim, Bağır Hacızadə, Araz Aman, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə və Murtaza Pərvinin həbsindən 4 aya yaxın vaxt keçir.

Onlar fevralın 5-i və 6-da hökumət tərəfindən həbs olunduqdan sonra məhkəmə rəsmilərinin maneələri üzündən vəkillə görüşməkdən və girov qarşılığında azadlığa buraxılmaqdan məhrum ediliblər. / Azad İran

Həmçinin yoxlayın

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …