Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi hədələyib.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Çaharmahal və Bəxtiyari vilayətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İrana qarşı qətnamə qəbul edərsə, Tehran buna mütləq cavab verəcək.

 “Tərəflər İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərinə qayıtmasalar və hərəkətə keçməsələr, biz də öhdəlikləri azaldacağıq. Hazırda öhdəliklərin azaldılması mərhələsindəyik. Tərəflər Agentliyin Rəhbərlər Şurasında qətnamə çıxarsalar, mütləq cavab verəcəyik”, – o qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya və Fransa AEBA-nın Rəhbərlər Şurasına İranı agentliklə əməkdaşlığa və bəyan edilməmiş nüvə obyektlərində aşkar edilmiş uran izlərini izah etməyə çağıran qətnamə layihəsi təqdim ediblər.

Qətnamədə AEBA müfəttişlərinin nümunələr götürməsinə icazə verilməsi tələb edilib, İranı ilə agentlik arasında 2023-cü il mart tarixli birgə bəyanatın şərtlərinə əməl etməyə çağırılıb.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …