Şənbə , Sentyabr 19 2026
azfa

Bakıda Türk Dünyası Təhsil Sərgisi keçirildi

GADTB: İyunun 22-də “Ceo Fair” şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti Türk Dünyası Təhsil Sərgisi baş tutub.

Sərgidə yerli və xarici təhsil mərkəzlərinin direktorları, Milli Məclisin deputatları, Türkiyə universitetlərinin müəllimləri və digər qonaqlar iştirak ediblər.

Türkiyənin bir sıra aparıcı universitetlərinin təmsil olunduğu sərgidə əsas məqsəd türk dünyasının perspektivli universitetlərini bir araya gətirmək və onlar arasında ikili əməkdaşlıqları gücləndirmək olub.

Sərgidə iştirak edən gənclər “İstanbul Kent”, “Fənərbaxça”, “İstanbul-Medipol” kimi məşhur universitetlər başda olmaqla, Türkiyənin bir sıra aparıcı təhsil ocaqları barədə onları maraqlandıran məsələlərlə bağlı qardaş ölkənin ali məktəb təmsilçilərindən ətraflı məlumat alıblar. Sərgi iştirakçılarına məşhur türk universitetlərinin qəbul qaydaları, təqaüd imkanları və digər məsələrlə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, sərginin sonunda loteraya çəkilişində iştirak edərək qalib olan 6 şəxsə müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …