Bazar , Oktyabr 18 2026
azfa

Abadanda əhali küçələrə axışaraq etiraz aksiyası keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gün öncə binanın çökdüyü əl-Əhvazın Abadan şəhərində əhali küçələrə axışaraq etiraz aksiyası keçirdi.

10 mərtəbəli Metropol binasının çökməsindən 3 gün sonra şəhər əhalisi icra başçısının istefa verməsi üçün etiraz nümayişi keçirdi.

Narazı əhali dövlət rəsmilərinin binanın çökməsində əli olduğunu bildirir. Bununla bağlı olaraq, yerli əhali dünən axşam saatlarından etibarən küçələrə axışıb və əyalət rəsmilərinin əleyhinə “Abadan şəhər başçısı, istefa, istefa!”, “düşmənimiz burdadır, yalan deyirlər Amerikadır”, habelə dağıntılar altında dünyasını dəyişən insanlarla bağlı “bu gün əza günüdür” və s. müxtəlif şüarlar səsləndirib.

Etirazlar zamanı kişi, qadın, yaşlı, cavan demədən hamı bir nəfər kimi küçələrə axışıb və hökumətin yarıtmaz siyasətinə etirazlarnı bildiriblər. Onlar, habelə dağıntılar altında hələ də onlarla insanın qaldığını və hökumətin yerli camaata kömək etmədiyini vurğulayaraq, “İranın sahibi yoxdur, İranın Allahı yoxdur” kimi şüarlarla çıxış ediblər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …