ABŞ-dan Türkiyənin ödədiyi F-35-lərin pulu ilə bağlı açıqlama

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk Türkiyənin ödədiyi F-35-lərin pulu ilə bağlı açıqlama verib.

Ceff Fleyk deyib ki, F16-larla bağlı danışıqlar yaxşı gedir. Ancaq bu, uzun, mürəkkəb və çox texniki bir prosesdir. Biz bunun üzərində işləyirik.

“Türkiyənin bu tələbini müsbət bir inkişaf olaraq görürük və Bayden rəhbərliyi prosesi dəstəkləməkdə qərarlıdır. Açığı, biz qarşılıqlı fəaliyyətin son dərəcə vacib olduğunu bilirik”, – Fleyk bildirib.

Səfir qeyd edib ki, F-35 döyüş təyyarələri üçün Türkiyənin ABŞ-a etdiyi ödənişə görə təzminat olub-olmamasına gəlincə bu, çox mürəkkəb bir prosesdir:

“Amma hüquqşünaslar və mühasiblər hər gün bu məsələ üzərində işləyirlər. Biz bunun öhdəsindən gələcəyik”.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …