Bazar ertəsi , Mart 24 2025
azfa

ABŞ-ın Arizona ştatında 28 may “Azərbaycan Milli Günü” elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib.

Bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Baş Konsulluğa göndərilən bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə, həmçinin ABŞ və Finiks şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda mer K.Qayeqo 28 may tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edir və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırır.

Qeyd edək ki, 1,6 miyonluq əhaliyə malik Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.

Həmçinin yoxlayın

Qorxuya düşən molla rejimi ABŞ-la barışıq üçün terrorçularını sakitliyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ciddi təhlükə hiss edən molla rejimi ABŞ-la barışıq …

Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi Yaz bayramı şənliyi təşkil ediblər- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün mart ayının 23-də Avstraliya Azərbaycan Assosiasiyası …

Bir cavab yazın