Şənbə , Mart 14 2026
azfa

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edilib

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Bildirilir ki, yenidən azadlığını qazanan Azərbaycan 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı bəyannamədə dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın