Şənbə , İyun 13 2026
azfa

ABŞ İran daxilində 20 hədəfə zərbə endirdiyini açıqladı

GADTB: ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Fox News telekanalına bildirib ki, çərşənbə axşamı gecəsi həyata keçirilən əməliyyat zamanı İran daxilində 20 hədəf vurulub.

Həmin rəsmi əlavə edib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın başa çatdığını elan etsə də, vəziyyət hələ də “aktiv” olaraq qalır və İran tərəfindən hər hansı cavab tədbiri görüləcəyi təqdirdə ABŞ ordusu buna cavab verməyə hazırdır.

CENTCOM bəyan edib ki, ABŞ Prezidenti tərəfindən verilən göstəriş əsasında iyunun 19-da İran əleyhinə həyata keçirilən “özünümüdafiə əməliyyatları” başa çatdırılıb. Bildirilir ki, bu əməliyyat bir gün əvvəl ABŞ ordusuna məxsus Apache helikopterinin vurulmasına cavab olaraq həyata keçirilib.

Bəyanata əsasən, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin döyüş təyyarələri yüksək dəqiqlikli idarə olunan sursatlardan istifadə edərək Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və radar müşahidə mərkəzlərini hədəfə alıblar.

CENTCOM bu əməliyyatı ABŞ qüvvələrinə və bölgədən keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara “mütənasib cavab” kimi qiymətləndirib.

Bəyanatın sonunda qeyd olunub ki, ABŞ qüvvələri tam döyüş hazırlığı vəziyyətində qalır və İranın “təcavüzkar və əsassız hərəkətləri” kimi xarakterizə edilən addımlarına qarşı müdafiə tədbirləri görməyə hazırdır.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …