Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü münasibətilə anım mərasimi bu gün, çərşənbə axşamı, 19 xordad 1405-ci il tarixində Urmiyanın Bağe Rəzvan məzarlıq kompleksində keçirilib.

Mərasimdə şairlər, yazıçılar, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edərək çıxışlar edib, mərhumun xatirəsini yad ediblər.

İştirakçılar çıxışlarında İsa Nəzərinin media, mədəniyyət və Azərbaycan cəmiyyətinin ictimai fəaliyyət sahələrindəki rolundan bəhs edib, onun xidmətlərini yüksək qiymətləndiriblər.

Anım mərasimində jurnalistin qızı Aylar Nəzəri də çıxış edib. O, atasının elmi, mədəni və ictimai fəaliyyətindən danışaraq mərasimə qatılanlara təşəkkürünü bildirib.

Çıxış emosional atmosferdə keçib və tədbirdə iştirak edən şairlər, yazıçılar və mədəniyyət fəalları mərhum İsa Nəzərinin xatirəsini ehtiramla anıblar.

https://t.me/GADTB1/53856

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …