Cümə axşamı , İyul 25 2024
azfa

ABŞ İrana nüvə silahı hazırlamaq üçün cəmi 3-4 ay lazım olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, İran nüvə bombasının yaradılmasına çox yaxınlaşıb.

Onun sözlərinə görə, İran uranı 3-4 aya silah səviyyəsinə qədər zənginləşdirə bilər.

O, ABŞ-la İran arasında münasibətlərin inkişafı üçün diplomatiyaya dönüş yolunun açıq olduğunu bildirib.

Blinken İran hakimiyyətinin ilk növbədə nüvə razılaşması çərçivəsində öhdəliklərinin icrasına qayıtmalı olduğunu deyib. O deyib ki, İranla birinci razılaşmadan daha uzun və dayanıqlı olan müqavilə üzərində işlənilməsi gərəkdir.

Qeyd edək ki, Trampın hakimiyyətdən getməsindən ürəklənən İran sürətlə nüvə silahı istehsal etmək üçün çalışmaqdadır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …