Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ İrana qarşı hərbi hazırlığını artırır

GADTB: Pentaqon İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə edilən bunker bombalarını əvəz etmək üçün 123 milyon dollara qədər vəsait ayıracaq.

ABŞ Müdafiə Nazirliyi İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə edilən 14 ağır bunker bombasının istehsalı və dəyişdirilməsi üçün Boeing-ə 123 milyon dollara qədər vəsait ayıracaq.

Bu barədə Bloomberg Pentaqonun büdcə sənədinə istinadən xəbər verir.

 Hesabata görə, hər bir bombanın çəkisi 13,5 tondan çox və uzunluğu təqribən 6 metrdir ki, bu mərmilər dünyada ən böyük dəqiqliklə idarə olunan silahdır.

Onlar ilk dəfə 12 günlük müharibə zamanı İranın nüvə obyektlərinə hücumda istifadə edilib./Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …