Cümə axşamı , Sentyabr 17 2026
azfa

Fars News: Ermənistanın cənubunda İran qarnizonunun yaradılması

GADTB: İranlı siyasi araşdırmaçı Fərid Kiyumərsiyan İranın SQ Baş qərargah rəisinə, Məsləhət Şurasına, Parlament, Konstitusiyanın İcrasına Nəzarət Şurası və Yol və Şəhərsalma Nazirliyinə ərizə ilə müraciətində Ermənistanın cənubunda İran hərbi qarnizonunun yaradılmasını təklif edib.

Fars News saytında dərc olunan müraciətində iranlı siyasi araşdırmaçı iddia edib: “Əgər Zəngəzur marşrutu İran üçün faydalı və təhlükəsiz olacaqsa və onlar sərhədyanı ərazilərin təhlükəsiz olmasına ehtiyac duyurlarsa, İran qarnizonunun və sənaye şəhərciyinin mövcudluğu marşrut üçün təhlükələri azaltmağa kömək edəcək.

Ermənistanın cənubunda qabaqcıl texnologiyaya malik İran hərbi qüvvələrinin olması ani sərhəd hərəkətlərinin, qeyri-qanuni daşınmaların və ya transregional qruplar və silahlı qruplar tərəfindən bazaların yaradılmasının qarşısını ala bilər.

 Bu qarnizon İranla birgə əməkdaşlıq və ya beynəlxalq nəzarət altında olarsa, regionda çəkindirici güc yarada bilər.

Əgər Zəngəzur dəhlizi İranın və sərhədyanı ərazilərin təhlükəsizliyini tələb edirsə, qarnizonun və sənaye şəhərciyinin olması marşrut üçün təhlükələri azaltmağa kömək edər. Sənaye şəhərciyi həm də iqtisadi fəaliyyət vasitəsilə yerli əhaliə müsbət təsir edər və sərhədyanı ərazilərin boşalmasının qarşısını ala bilər”./Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …