Cümə axşamı , Sentyabr 17 2026
azfa

Qərbi Trakyada türk məktəbinə giriş qadağası etirazla qarşılandı

GADTB: Ksantidəki (İskeçə) türk azlıq məktəbinin rəhbərliyi özlərinə məxsus binaya daxil olmalarının qadağan edilməsinə dair qərara etirazlarını bildirərək, Yunanıstan hakimiyyətindən azlıq hüquqlarına və beynəlxalq müqavilələrə hörmətlə yanaşmağı tələb etdilər.

Yunanıstanın Qərbi Trakya bölgəsindəki Ksanti şəhərində yaşayan türk azlığa məxsus məktəbin idarə heyəti sentyabrın 30-da məktəbə girilməsinə mane olunduğu üçün etiraz aksiyası keçiriblər.

Qərbi Trakyadakı Ksanti azlıq tam orta məktəbinin idarə heyəti açıqlama yayaraq bildirib ki, yay aylarında burada aparılan təmir işləri zamanı ofisləri boşaldılıb.

Açıqlamada deyilir: “İdarə heyəti olaraq rəhbərlik etdiyimiz məktəbə girişimizə icazə verilmir. Məktəb rəhbərliyinin tədris mərkəzinə daxil olmalarına imkan yaradılmır”.

Qeyd edək ki, məktəbin idarə heyətinin tədris mərkəzinə buraxılmaması göstərişinin Təhsil Nazirliyinin əmri əsasında həyata keçirildiyi ifadə edilir.

Bəyanatda əlavə olaraq deyilir: “Qanuni şəkildə məsuliyyətlərini yerinə yetirməli olan məktəbin idarə heyəti süni şəkildə yaradılan maneələrlə kənarlaşdırılmaq istənir. İdarə heyətinin institusional kimliyi yox edilmək istənir. Bunu qəbul etməyimiz mümkün deyil. Şagirdləri məktəblərdən uzaqlaşdırmaq istəyən zehniyyətin fərqindəyik. Nə olursa, olsun, məktəbimizə və övladlarımıza sahib çıxmağa davam edəcəyik”.

Ksanti azlıq tam orta məktəbinin idarə heyəti tərəfindən aidiyyəti qurumlara ünvanlanan açıqlamada deyilir ki, Lozanna müqaviləsi ilə statusu müəyyənləşdirilən azlıq məktəblərinin xüsusiyyətinə uyğun qərarlar qəbul edilməli, hüquqa və demokratik dəyərlərə hörmətlə yanaşılmalıdır.

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …